“TourismFest Baku 2027” festivalına BÖYÜK MARAQ: İki günə 20-ə yaxın stend satıldı
“TourismFest Baku 2027” milli turizm sərgisinə maraq artır.
Stend satışlarının başlanmasından sonra cəmi iki gün ərzində 20-yə yaxın stend satılıb. Bir sıra turizm şirkətləri artıq festivalda iştiraklarını təsdiqləyiblər.
İştirakını təsdiqləyən şirkətlər arasında Victory Tour, Bee Tours, Green Apple MICE&Leisure Travel, BTS Group Travel, SAVTour, YES Travel, Take Off DMC, Summer Travel, Frisaga, Sun-L Travel, Atlas Travel, AVA Tour, Premier Group, AZE Turizm, Millenium Tour, Rustar Tourism və Kazunion Touroperator Azerbaijan by Rustar yer alır.
Qeyd edək ki, “TourismFest Baku 2027” turizm festivalı 17–18 aprel 2027-ci il tarixlərində Bakıda, “Passage 1901” sərgi salonunda keçiriləcək. Festival turizm şirkətləri, hotel brendləri, aviaşirkətlər və digər turizm sənayesi nümayəndələrini bir araya gətirməyi, həmçinin onların məhsul və xidmətlərini potensial müştərilərə təqdim etmələri üçün imkan yaratmağı hədəfləyir.
Stend satışı davam edir. Festivalda iştirak etmək istəyən şirkətlər təşkilatçılarla əlaqə saxlaya bilərlər: +994504113819, info@tourismfest.az
“TourismFest Baku 2027” turizm festivalına stend satışları başladı – ƏLAQƏ
“TourismFest Baku 2027” turizm festivalına stend satışlarına start verilib.
“TourismFest Baku 2027” Plus Media Production tərəfindən təşkil olunur. Festival 17–18 aprel 2027-ci il tarixlərində Bakıda yerləşən “Passage 1901” sərgi salonunda keçiriləcək.
Tədbirdə turizm şirkətləri, hotellər, aviaşirkətlər və digər turizm obyektləri öz məhsul və xidmətlərini təqdim etmək, yeni müştərilər və tərəfdaşlarla əlaqələr qurmaq imkanı əldə edəcəklər.
“TourismFest Baku 2027” çərçivəsində sərgi proqramı ilə yanaşı, müxtəlif təqdimatlar, görüşlər, müsabiqələr və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Festivalda iştirak etmək istəyən şirkət və turizm obyektləri üçün stend satışları artıq başlayıb.
Stendlər, iştirak şərtləri, festival proqramı və digər detallı məlumatlarla bağlı müraciət etmək üçün təşkilatçılarla əlaqə saxlamaq mümkündür:
+99450 411 38 19 (Whatsapp)
info@tourismfest.az
“TourismFest 2027” turizm festivalı üçün hazırlıqlara başlanılıb
2027-ci ilin aprel ayında Bakıda keçirilməsi planlaşdırılan “TourismFest 2027” turizm festivalı üçün hazırlıq işlərinə başlanılıb.
Festivalda turizm şirkətləri, hotellər, aviaşirkətlər və sektorun digər nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Festival çərçivəsində iştirakçılar üçün stendlər, şirkət və qurumlar üçün isə müxtəlif sponsorluq imkanları təqdim olunacaq.
Stend götürmək və sponsor olmaq istəyən qurumlar üçün ətraflı məlumat yaxın günlərdə açıqlanacaq.
Festivalın proqramı, iştirak şərtləri və digər yeniliklər barədə məlumatlar mərhələli şəkildə paylaşılacaq.