Festival Haqqında

“TourismFest 2027” turizm festivalı turizm sənayesi nümayəndələri ilə yerli istehlakçıları bir araya gətirən, yeni turizm məhsullarının, xüsusi təkliflərin və turizm obyektlərindəki yeniliklərin birbaşa təqdim olunduğu genişmiqyaslı tədbirdir.

Festival yalnız sərgi və yarmarka formatı ilə məhdudlaşmır. Tədbir proqramına konsertlər, müxtəlif müsabiqələr, ölkə və destinasiya təqdimatları, tanınmış səyyahlarla görüşlər və digər interaktiv tədbirlər daxil ediləcək.

Əsas diqqət yerli turizm bazarına yönəldiləcək. Festivalda turizm şirkətləri ilə yanaşı, yerli hotel brendlərinin, aviaşirkətlərin, turizm obyektlərinin və digər turizm yönümlü şirkətlərin iştirakı nəzərdə tutulur.

“TourismFest 2027” həm sektor nümayəndələri üçün yeni məhsul və xidmətlərini təqdim etmək, həm də ziyarətçilər üçün müxtəlif turizm imkanlarını bir məkanda kəşf etmək platforması olacaq.